Sevgilisini öldürən şəxs polisə təslim oldubackend

Sevgilisini öldürən şəxs polisə təslim oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili işlər Nazirliyinin saytına istinadən xəbər verir ki. avqustun 17-də Gəncə şəhərinin Cavadxan qəsəbəsində yaşayan Məhəbbət Vəliyevanın evinə gəlmiş Samux rayon sakini, qeyri-rəsmi nikah münasibətlərində olduğu Ruslan Qurbanov ailə-məişət münaqişəsi zəminində ona və bacısı Nailəyə bıçaqla xəsarət yetirmişdir. M.Vəliyeva hadisə yerində ölüb.

R.Qurbanov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək istintaqa təslim olmuşdur.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az