Sabah 11 illikdən kolleclərə ixtisas seçimi bitirbackend

Sabah 11 illikdən kolleclərə ixtisas seçimi bitir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 16:16-a olan rəqəmlərə əsasən 15772 abituriyent qəbul olmaq istədiyi ixtisasları elektron ərizəsinə daxil edərək təsdiqləyib.

Qeyd edək ki, TQDK tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 15-dən 19-dək internet vasitəsilə ixtisas seçimi elan edib. İxtisas seçim cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə iyulun 5-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılacaq. Müsabiqədə ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

İnterpress.az