Rio-2016: Azərbaycan daha bir gümüş medal qazandıbackend

Rio-2016: Azərbaycan daha bir gümüş medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yığmamızın liderləri olan Aleksandr Demyanenko və İnna Osipenko-Radomskaya həlledici mərhələdə medal üçün yarışacaqlar.

Start xəttinə ilk olaraq dünya və Avropa çempionumuz Aleksandr Demyanenko çıxıb. 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə sürətini yoxlayan milliləşdirilmiş legionerimiz finalda Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Yuri Çeban (Ukrayna), Andrey Kraytor (Rusiya) və Tomas Simartla (Fransa) yarışıb.

Həlledici mərhələ Yuri Çebanın qələbəsi ilə başa çatıb. O, finiş xəttini yeni Olimpiya rekordu – 39,279 saniyəyə qət edib. Həmyerlisindən 0,214 saniyə geri qalan kanoeçimiz gümüş medalla kifayətlənib. İlk \”üçlüyü\” İsak Keyroş Dos Santos (Braziliya) tamamlayıb – 39,628 saniyə.

İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya isə bu dəfə 500 metr məsafədə mükafatçılar sırasına düşməyə çalışacaq. O, medallar uğrunda Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Martina Kohlova (Slovakiya) ilə mübarizə aparacaq.

Osipenko-Radomskaya start xəttinə saat 17:10-da çıxacaq.

Qeyd edək ki, bununla da avarçəkənlərimizin Riodakı çıxışı yekunlaşacaq. Yarışda Aleksandr Aleksandrov – Boris Yotov dueti (akademik avarçəkmə, 2000 m) 12-ci, Yure Meqliç (kanoe-slalom) 14-cü yeri tutub.

İnterpress.az