İsmayıllıda reyd keçirilibbackend

İsmayıllıda reyd keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı şəhərinin Heydər Əliyev prospekti və Nizami küçəsində təşkil olunan reyd zamanı hədəf sərnişin avtobusları olub.

Reyd zamanı sərnişin avtobuslarının təmizliyi, fərqlənmə nişanları, texniki müayinə, biletli və biletsiz sərnişinlərin yoxlanılması və marşrut xətlərinə nəzarət edilib. Yol polisi əməkdaşları ilə avtomobil nəqliyyatı işçilərinin birgə reydin keçirilməsinə son zamanlarda respublika ərazisində sərnişin avtobuslarının iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayının artması və sərnişinlərin təhlükəsizliyinin təmin edilməməsi səbəb olub.

Asayiş keşikçilərinin apardığı yoxlamalar zamanı 7 sərnişin avtobusu saxlanılıb, 2 avtobusda natəmizlik, 2 avtobusda biletsiz sərnişin daşınması faktı aşkar olunub. Saxlanılan avtobus sürücülərinə müəyyən göstərişlər verilib. Bu cür reydlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur. (apa)

İnterpress.az