Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşdığı elan olunub.
Daha sonra dövlət ittihamçısı çıxış edib. Porokuror hər iki təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün vaxt istəyib.
Proses avqustun 25-də davam edəcək.
Qeyd edə ki, Rufan Ağcabəyov və Marfin Vladimir bir qədər əvvəl ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs ediliblər.
İttihama görə, Rufan Ağcabəyov və Marfin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
Xaçmaz rayonunda anadan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və İnterpol üzrə axtarışa verilib. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.
Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunur. (apa)
İnterpress.az