İnterpress.az \”Hürriyət\”-ə istinadən xəbər verir ki, Çavuşoğlu bildirib ki, İran səfəri zamanı Suriya problemi və regional məsələləri müzakirə edib: “Suriya problemi dərinləşərək getdikcə həll olunmaz şəkil alır. Problemin həlli üçün səyləri artırmaq lazımdır. Dünən Hindistan səfərimdən öncə Tehrana baş çəkməyimin də səbəbi budur. Suriya məsələsində təkrarən fikir mübadiləsi apardıq. Hesab edirəm ki, son dərəcə faydalı bir səfər oldu”.
Qeyd edək ki, Hindistan səfəri zamanı Çavuşoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında Suriya probleminə dair telefon danışığı olub.
İnterpress.az