Bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, gələn həftə cinayət işi məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunur. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan onların barələrində olan cinayət işi ayrılıb.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul etmir.
İnterpress.az