Quş təyyarəni endirdibackend

Quş təyyarəni endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FransPress agentliyi xəbər verir ki, pilot dərhal Atatürk Havalimanının Nəzarət Mərkəzinə xəbər verib və geri dönəcəyini bildirib. İstanbul sakinləri də təyyarə mühərrikində partlayış səsləri duyduqlarından dərhal polisə xəbər veriblər.

Təyyarədə olan 298 sərnişin və 14 nəfərdən ibarət ekipaj sağ-salamat yerə enib. Onların özlərini normal hiss etdikləri bildirilib.

“Anadolu” xəbər agentliyi bildirir ki, təyyarədə alov çıxması sərnişinləri həyacanlandırıb və bir nəfər huşunu itirib. Bəzi sərnişinlərə təcili tibbi yardım göstərilib.

İstanbulda havalimanı ana quş köçü xətti üzərindədir. Ona görə də köçəri quşların hərəkəti zamanlarında təyyarələrin uçuş marşrutları boyunca xüsusi vasitələrlə nəzarət edilir. Hava limanı ətrafında quş dəstələri olub-olmaması barədə pilotlara mütəmadi məlumat verilir.

“Anadolu” agentliyi yazır ki, Atatürk hava limanında təyyarələrin qalxma-enməsi zamanı təhükəyə səbəb olmamaları üçün quşlar yüksək səslə qorxudulub ərazidən uzaqlaşdırılır. (azadlıq radiosu)

İnterpress.az