Təhsil Nazirliyinin önündə etiraz aksiyasi keçirilibbackend

Təhsil Nazirliyinin önündə etiraz aksiyasi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün müəllimlərin işə qəbul imtahanından yüksək bal toplayıb işlə təmin olunmayan müəllimlər Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Etirazçılar bildirir ki, onlar imtahandan yüksək bal toplayıblar, amma müsabiqədə onlara müxtəlif maneələr yaradılıb. Hicablı qadınlar isə müsabiqədə birmənalı olaraq keçirilməyiblər.

Aksiyada iştirak edən müəllimlərin sözlərinə görə, Bakıda və mərkəzi rayonlarında yerləşən təhsil müəssisələrində vakant yerlərin sayı çox az göstərilir. Bəzi bölgələrdə isə vakant yerlər direktorlar tərəfindən satılır.

Qeyd edək ki, aksiyada iştirak edən müəllimlər dəfələrlə Bizimyol.info-ya müraciət edərək yüksək bal toplamalarına baxmayaraq vakansiya verilməməsindən, vakant yerlərin satılmasından şikayət ediblər. Onlar dəfələrlə Təhsil Nazirliyinə şikayət etsələr də şikayətlərinə baxılmadığını iddia edirlər. (mir.az)

İnterpress.az