İnterpress.az \”Ria Novosti\”-yə istinadən bildirir ki, əmrə tabe olmayan sakinlərin pencərələri qara mazutla boyanacaq. Bunu avqustun 19 -da \”Alternativ Türkmənistan Xəbərləri\” ( ATN ) bildirib.
Buna səbəb \”protokol\” kimi tanınan bu küçədən Dövlət Başçısı Qurbanqulu Berdimuhamedov kecəcəyi yeni marşrut istiqaməti kimi qeyd edilib.
\”Biz evimizdə gün işığından məhrum edilmişik, mənzilimizin havasını dəyişə bilmirik və küçəyə çıxa bilmirik\” – bunu Məxdumqulu prospektində yaşayan ev sakini bildirib.Onun sözlərinə görə, kommunal işçiləri bu əmri heç bir sənəd və qərar göstərmədən tətbiq ediblər.
Eyni zamanda, Türkmənistan paytaxtında havanın temperaturu 34-36 dərəcədən aşağı düşmür.
Sakinlərin vəziyyətini kondisionerlərin olmaması da daha da gərginləşdirir. Artıq bir neçə ildir ki, Türkmənistan hakimiyyəti evlərin görkəmini pozmaması üçün sakinlərə kondisioner quraşdırmağa qadağa qoyub.
Avtomobil sahibləri üçün də yeni qaydalar qoyulub, onlar artiq prospektin ətrafında avtomobil saxlaya bilməyəcəklər.
İnterpress.az