Avqustun 19-u saat 20 radələrində rayonun İncə kənd sakini, 1974-cü il təvəllüdlü Niyazi Şəmsəddin oğlu Verdiyev ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.
Məlum olub ki, Niyazi Verdiyev yaşadığı kəndin ərazisində sahədə işləyərkən ilan onun sağ ayağının topuq nahiyəsindən sancıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N. Verdiyevə lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.
Hazırda xəstənin vəziyyəti orta-ağır olduğu bildirilir. (apa)
İnterpress.az