DGK sədri Goranboyda vətəndaşları qəbul edəcəkbackend

DGK sədri Goranboyda vətəndaşları qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev avqustun 26-da saat 10:30-da Goranboy şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 5) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Interpress.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların – Goranboy, Naftalan, Bərdə, Tərtər rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Interpress.az