Gaziantepdə toyda partlayış-30 nəfər ölüb, 94 nəfər yaralanıbbackend

Gaziantepdə toyda partlayış-30 nəfər ölüb, 94 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-un Türkiyə TV-lərinə istinadən verdiyi məlumata görə, küçədə təşkil edilən toyda həyata keçirilən terror aktı nəticəsində ölənlər və yaralananlar var.

Reuters agentliyinin verdiyi İlkin məlumatlara görə, ölənlərin sayı 8, yaralı sayı isə 60 nəfərdir. Ölü sayının artma ehtimalı olduqca böyükdür. Çünki yaralıların sayı çoxdur və bunların arasında ağır olanlar çoxluq təşkil edir.

Olayın şahidləri deyirlər ki, terror bir uşaq arabasına (\”kolyaska\”) qoyulan bombanın partlaması nəticəsində baş verib.

Türkiyə prezidentinin əmri ilə bir sıra nazirlər və yüksək rütbəli məmurlar Qaziantepə yola düşüblər.

Bəzi ekspertlər hesab edir ki, terror olayı İŞİD terror təşkilatının əməlidir. Onlara görə bu addımın səbəbi Türkiyənin qəfildən dəyişən Suriya siyasətidir. Məlum olduğuna görə, Türkiyə Rusiya ilə təkrar yaxınlaşandan sonra, Suriyaya yönəlik siyasətini kardinal şəkildə dəyişib və Əsədin iş başında qalması ilə, keçici də olsa, razılaşıb. Bu da heç şübhəsiz, Əsəd rejiminə qarşı savaşan İŞİD terror təşkilatını və kürd silahlılarını pis vəziyyətə qoyur.

****

Məlumatda bu da bildirilir ki, toy Siirt bölgəsinə aid insanların tədbiridir. Bu da onu göstərir ki, hədəf daha çox kürd və ya ərəb kökənli Türkiyə vətəndaşlarıdır. Qurbanların da daha çox onlardan olması ehtimal edilir.

****

Türkiyənin Habertürk televiziyasının yaydığı məlumata görə, ölənlərin ilkin sayı 15-dir. Lakin bu rəqəmin yüksələcəyi qorxusu da var.

****

AK Parti Qaziantep millət vəkili Nejat Koçer TRT televiziyasına açıqlama verərək, deyib ki, itkilər yüksəkdir, ambulanslar xəstəxanalara yaralı daşıyır.
Onun deməsinə görə, ölü sayı hələ tam dəqiqləşdirilməyib. Lakin o deyib ki, 2012-ci ilin 20 avqustunda da böyük partlama olub. 4 il sonra eyni gündə təkrar terror oldu.
Bunların hər ikisi arasında əlaqə olub-olmaması da araşdırılacaq. AKP deputatı deyib ki, hələlik, bu terror olayını üzərinə götürən terror təşkilatı yoxdur.

****
CHP Qaziantep millət vəkili Məhmət Kökdağ NTV televiziyasına deyib ki, ondakı məlumata görə, ölü sayısı 13 nəfərdir. İHA xəbər agentliyi isə məlumat verib ki, yaralı sayı çoxdur, onların da yaxınları xəstəxanalara axın edir. Hər kəs öz yaxınından məlumat almaq istədiyi üçün böyük panika və gərginlik yaranıb. Agentlik bildirir ki, ölü sayı 10 nəfərdən yüksəkdir.

****

Yerli qəzetçi Mehmet Taşçı NTV televiziyasına deyib ki, hadisə Siirtli bir əşirət rəisinin oğlunun toyunda baş verib.

Düyündə iştirak edənlərin əksəriyyəti kürdlər olub. Onun dediyinə görə, 13 ölü, 70 yaralı var. Ölənlərdən ikisi uşaq yaşda olanlardır.
Bundan başqa, baş nazirin müavini Şimşək açıqlama verərək, deyib ki, terrorun canlı bombanın özünü partlatması nəticəndə baş verdiyi ehtimal edilir.

****

Habertürk Qazientep müxbiri Yusif Kılıc deyib ki, terror Akdere məhəlləsində yerləşən bir məktəbin həyətində baş verib. Toy Qazientepe köçən kürd əşirətlərinin mərasimi olub.

Terror olayı canlı bombanın özünü partlatması nəticəsində baş verib. Lakin partlayışdan sonra, canlı bombanın dəstəkçisi, ya da özünü partlatmağa cəsarət etməyən ikinci canlı bomba hadisə yerindən qaçıb. Onun deməsinə görə, terroru İŞİD-ın həyata keçirtməsi ehtimalı yüksəkdir.
Müxbir də deyib ki, ölənlərin sayı, ilkin məlumata görə, 13 nəfərdir

****

Musavat.com xəbər verir ki, Qaziantep valisinin verdiyi yazılı açıqlamaya görə, xain terror nəticəsində 22 insan ölüb, 94 vətəndaş yaralanıb.
Yaralılar arasında ağır olanlar da var. Bu səbəbdən, ölü sayısının artacağı əndişəsi var.

Gaziantepdə toyda partlayış-30 nəfər ölüb, 94 nəfər yaralanıb

Gaziantepdə toyda partlayış-30 nəfər ölüb, 94 nəfər yaralanıb

İnterpress.azhttps://youtube.com/watch?v=p_tCBG-GSQ4