Qarpız kababı…. – Videobackend

Qarpız kababı…. – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ilk dəfə olaraq Sabirabadda \”qarpız festivalı\” keçirilib. Qarpızdan hazırlanmış 20 növ kulinarya məhsulu gələn qonaqların marağına səbəb olub.

Qarpız kababı, qarpızdan hazırlanmış tort, cem, keks və dondurma…

Bu meyvəli tərəvəzin üzərində oyulmuş müxtəlif fiqurlar….

Görüntülər Sabirabadda keçirilən ilk qarpız festivalındandır. Festivalda qarpız üzərində bədii oyma sənətindən nümunələr, qarpızdan hazırlanmış 20 növ kulinarya məhsulu təqdim olunub. Bunların içərisində qarpız kababı, qurudulmuş qarpız tumlarından dəmlənmiş isti çay, qarpızdan hazırlanan tort, cem və dondurma xeyli marağa səbəb olub.

Ayrı-ayrı kəndlərdən gələn rayon sakinləri gətirdikləri qarpız növlərini təqdim ediblər. Festivalda pəhləvanlar da məharətlərini göstəriblər. Pəhləvanlardan biri 30 qarpızı başı ilə sındırıb. Festival konsert proqramı ilə başa çatıb. (xəzərxəbər)

İnterpress.az