Avqustun 18-də Xəzər rayonunun Buzovna qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Müqabil Hacıyevin başına futbol qapısının tiri düşməsi nəticəsində ölüb.
Digər bədbəxt hadisə avqustun 18-də Nərimanov rayonu ərazisində yerləşən yeni inşa edilən binalardan birində baş verib. Orada fəhlə işləyən Abşeron rayon sakini Hüseyn Hüseynov ehtiyatsızlığı nəticəsində 14-cü mərtəbədən yıxılaraq ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır. (əzərxəbər)
İnterpress.az