Polis Gülənin Super imamını axtarırbackend

Polis Gülənin Super imamını axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun saxlanılması üçün aparılan əməliyyat zamanı aralarında qardaşlarının da olduğu 12 qohumu saxlanılıb.
Polisin saxlanılan şəxslərin evində apardığı axtarış zamanı çox sayda Fətullah Gülənə aid kitablar, terror təşkilatına aid sənədlər və s. tapılıb.

Qeyd edək ki, \”Uzun Cevdət\” ləqəbli Cevdət Türkyolu Fətullah Gülənin \”Super imamı\” sayılır. O, faktiki olaraq FETÖ-nün Güləndən sonra ikinci şəxsidir. Hazırda onun, Gülənin 1999-cu ildən bəri yaşadığı Pensilvaniyadakı iqamətgahının yaxınlığında yerləşən 3 mərtəbəli villada ailəsi ilə birlikdə məskunlaşdığı bildirilir.

Türkyolu FETÖ-nün qeyri-leqal fəaliyyətlərinin ideya müəllifi və həyata keçiricisi kimi tanınan \”Uzun Cevdet\”in Sakaryada 24, İstanbulda 11, İzmitdə 3, Ankarada 1 mülkünün olduğu təsbit edilib. (virtualaz.org)

İnterpress.az