Məşhur caz ifaçısı, Tuts Tilemans vəfat edibbackend

Məşhur caz ifaçısı, Tuts Tilemans vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

95 yaşlı musiqiçi ölümündən bir ay əvvəl yıxılıb və bu səbəbdən xəstəxanada müalicə alıb.
Dünya musiqisində Tuts Tilemans istedadlı caz musiqiçisi və virtuoz \”ağız qarmonu və fit çalmaqla müşayiət etmək\” bacarığı olan sənət adamı kimi qəbul ediblər.

Tuts Tilemans bu bacarığı ilə dünyanın ən məşhur caz ifaçıları- Ella Fidjerald, Kuinsi Con, Frenk Sinatra, Bill Evans, Rey Çarlz, Oskar Piterson və başqalarını müşayiət edib.

Əsl adı Jan-Batist Frederik İsidor Tilemans olan Tuts Tilemans 1922-ci il aprelin 29-da Brüsseldə anadan olub. \”Ağız qarmonunda\” musiqilər ifa etmək əvvəllər onun hobbisi olub. Sonralar bu bacarığı Tuts Tilemansa məşhurluq qazandırıb. 1950-ci ildə ilk dəfə Beynəlxalq Festivalda çıxış edib və məşhurluq qazanıb.

1952-ci ildən ABŞ-na köçən Tuts Tilemans sənət karyerasını 2014-cü ildə səhhətində yaranan problemlərlə bağlı bitirib.

İnterpess.az