Mənzil oğruları saxlanıldıbackend

Mənzil oğruları saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-nin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 31-də rayon sakini Elmira Əhmədovaya məxsus evdən 4800 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Zahid Səfərov tutulub.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə cari il yanvarın 26-da və iyulun 14-də Bakı şəhər sakinləri Yusif Quliyevə və Şərəfnisə Hadıyevaya məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ağaəmi Abbasov tutulub.

İnterpress.az