İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hadisə Moskva şəhərində məşhur “Sitibank”da baş verir. Cinayətkar bankı ələ keçirməzdən qabaq 4 şəxsi qirov götürüb. Daha sonra ikisini azad edib. Polis nümayəndələri hadisə yerindədirlər. Polis bank şöbəsini partladacağını bəyan edən kişi ilə danışıqlar aparır. Məlumata görə bu şəxs 1961-ci ildə anadan olmuş, erməni əsilli, bankrot olmuş Aram Petrosyandır.
Qeyd edək ki, bədəninə skotç dolayan kişi əlində, içindən naqillər sallanan qutu saxlayıb. O, hələlik heç bir tələb irəli sürməyib. Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev hal-hazırda hadisə yerindədir.
İnterpress.az