İnterpress.az xəbər verir ki, bu sözləri çıxışı zamanı ABŞ vitse-prezidenti Co Bayden deyib. Bayden, fikirlərinə əlavə olaraq bildirib ki, “Bu çevriliş cəhdi yalnız Türk hökumətinə deyil, Türk xalqına qarşı edilmiş bir hücumdur və bu ölkədəki ən əhəmiyyətli dəyərlərə edilmiş çox şiddətli bir xəyanətdir. Kiçik bir qrup şəklində fəaliiyət göstərərək, qoruduqları insanlara xidmət etmə andı içmiş bir qrup idi\”
ABŞ vitse-prezidenti Co Bayden çevrilişə cəhd hadisəsindən dərhal sonra gəlməməsinə üzüldüyünü bu sözlərlə ifadə edib: “Amerika xalqı sizin yanınızdadır. Barak Obama çox kədərləndi. Üzr istəyirəm, kaş ki, daha əvvəl bura gələ bilsəydim. 15 iyul gecəsi xalq demokratiya uğrunda edilə biləcək ən böyük fədakarlığı etdi. Türkiyənin qarşı-qarşıya qaldığı bu çevriliş cəhdinə layiqli reaksiya vermədiyimiz üçün burdayam\”.
İnterpress.az