Türkiyə Suriyaya əlavə tanklar göndəribbackend

Türkiyə Suriyaya əlavə tanklar göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hürriyet\”inverdiyi məlumata görə, bu gün yerli vaxtla saat 10.30 radələrində Türkiyənin Qaziantep vilayətinin Suriya ilə həmsərhəd Karakamış qəsəbəsindən 10 tank qonşu ölkəyə daxil olub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bölmələri avqustun 24-də saat 04.00 radələrində müxalif Azad Suriya Ordusu ilə birlikdə Cerablusun azad edilməsi əməliyyatına başlayıb. Gün ərzində Cerablus ətrafındakı 4 kənd, axşam saatlarında isə Cerablus şəhəri İŞİD terrorçularından azad edilib.(apa)

İnterpress.az