Arif Erdem Türkiyədən qaçıbbackend

Arif Erdem Türkiyədən qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin və Galatasaray klubunun məşhur futbolçusu Arif Erdem ölkəni tərk edib.

Arif Erdem Türkiyədə aparılan \”FETÖ-PDY\” təhqiqatından yayınaraq qaçmağa müvəffəq olub.

Qeyd edək ki, ötən illərin məşhur futbolçusu haqqında \”FETÖ-PDY təşkilatına üzv olmaq cinayətindən həbs-qəti imkan tədbiri seçilmişdi.

Arif Erdemin Türkiyədə baş tutmayan hərbi çevrilişdən 8 gün sonra, yəni iyulun 23-də Ədirnə vilayətinin İpsala sərhəd məntəqəsindən ölkəni tərk etdiyi bildirilir.

1991-2005-ci illərdə Galatasaray klubunun şərəfini qoruyan Arif Erdem 60 dəfə Türkiyə millisinin formasını geyinib.

Bundan başqa o, bir sıra klubarda məşqçilik vəzifəsində çalışıb. (musavat)

İnterpress.az