Avqustun 23-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən avtoyuma məntəqələrindən birindən orada işləyən Hikmət adlı şəxs Bakı şəhər sakini Elnur Yaqubova məxsus \”Niva\” markalı avtomobili qaçırıb.
Avqustun 24-də avtomobilin rayonun Babək prospektində hərəkətdə olması Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib və aidiyyəti üzrə məlumat ötürülüb.
Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Hikmət Babayev saxlanılıb. (milli.az)
İnterpress.az