“Azərbaycan mediasında “gülənçilər”lə bağlı araşdırmalar aparılmalıdır”backend

“Azərbaycan mediasında “gülənçilər”lə bağlı araşdırmalar aparılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Apa\”-ya istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında çoxtərəfli münasibətlər mövcuddur: “Əgər Türkiyədə dövlət çevrilişi baş tutsaydı, Azərbaycanda nələr baş verə bilərdi? Bu bizi çox düşündürür. Hələ “Əkinçi” qəzeti öz dəyərlərini müəyyənləşdirərkən, dünyəviliyə böyük önəm verdi. Azərbaycan mediası mahiyyətcə millidir. Azərbaycanda mediasında dini ayrı- seçkiliklə bağlı yazılara çox nadir hallarda rast gəlinir. Azərbaycan jurnalistləri bu gün öz sələflərinin yolu ilə gedirlər. Lakin buna baxmayaraq, çox təəssüf ki, bəzi hallarda dini məsələlərlə bağlı ayrı-seçkiliklərə yol verilir. Buna yol vermək olmaz”.

İnterpress.az