Kolumbiyada 52 illik müharibə bitdibackend

Kolumbiyada 52 illik müharibə bitdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 52 illik mübarizə Kolumbiya bəyannaməsinin imzalanması ilə bitib.

Bu arada ABŞ Prezidenti Barak Obama kolumbiyalı həmkarı Xuan Manuel Santosa zəng edərək onu əldə olunan razılaşma münasibəti ilə təbrik edib.

Hökumət ilə FARK arasında danışıqlar 2012-ci ildə başlamışdı. Razılaşmadan sonra BMT komissiyasının bölgədə fəaliyyətə başlaması gözlənilir.

ABŞ və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınan FARK 1966-cı ildə yaradılıb və ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 7 minə çatır.

Hökumətlə 52 il davam edən mübarizə nəticəsində 220 mindən artıq insan həlak olub, 6 milyon insan evsiz qalıb.

İnterpress.az