Mirey Matye Rusiyaya gəlirbackend

Mirey Matye Rusiyaya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın əfsanəvi müğənnisinin konserti 2017-ci il martın 14-də Kreml Sarayının səhnəsində olacaq.
Kreml Sarayının rəhbərliyi məşhur müğənni ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 7 milyon rubuldur. Müqavilənin şərtlərinə əsasən Fransanın məşhur müğənnisi martın 10-da Moskvaya gələcək.
Rusiyaya gələn andan limuzinlə gəzəcək müğənni, yaşamaq üçün \”Националь\” mehmanxanasını seçib.
Qeyd edək ki, M.Matye 1967-ci ilin yayında Mirey fransız müzik-holunun tərkibində SSRİ-də ilk dəfə çıxış edib. Sonralar o, 1976-cı ildə Fransa televiziyasının SSRİ həftəsi çərçivəsində Moskvada Böyük teatrda çıxış edib.
2005-ci ilin noyabrında M.Matye \”Olimpiya\” səhnəsində yaradıcılığının 40 illiyinə həsr olunan və \”40 il sevgi və ilham\” adlı konsertlər verib. O, 2008, 2010 və 2012-ci illərdə Moskvada böyük konsert proqramları ilə çıxış edib.
Ötən ay 70 illik yubileyini qeyd edən müğənniyə 2010-cu ildə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev \”Dostluq Ordeni\” təqdim edib. (report)

İnterpress.az