Bakıda susuzluğun səbəbi nədir?-Rəsmibackend

Bakıda susuzluğun səbəbi nədir?-Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qrafiklə alanların mənzilinə isə gün ərzində 10-15 dəqiqə su verilir. Nəticədə isə vətəndaş yayın bu istisində susuzluqdan əziyyət çəkir.
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində isə vəziyyət daha acınacaqlıdır. Onsuz da suyu qrafiklə alan abonentlər gün ərzində 10 dəqiqə su verilişini sevinclə qarşılayırlar.
“Azərsu” ASC-nin mətbuat xidmətin problemin olduğunu təsdiqləyərək bu gün axşama doğru həll olunacağını bildiriblər.

“Magistral xətlərin birində baş verən nasazlıq səbəbindən şəhərin ayrı-ayrı yerlərində su verilməsində fasilələr yaranıb. Fasiləsiz su alan abonentlərə qrafiklə verilirdi.

Təmir-bərpa işləri tam başa çatdırılıb. Hazırda rayonlar üzrə suyun verilməsi tənzimlənir. Günün sonunadək abonentlər əvvəlki qaydada su ilə təmin olunacaqlar”.(modern)

İnterpress.az