Kamal Kılıçdaroğlunun konvoyuna atəş açıldı – VİDEO-Yenilənibbackend

Kamal Kılıçdaroğlunun konvoyuna atəş açıldı – VİDEO-Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Anadolu\” Agentliyi xəbər verir ki, Kamal Kılıçdaroğlunın kortejini müşayiət edən 3 hərbçi yaralanıb. Bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Əfqan Ala verib.

***

İnterpress.az xəbər verir ki, Kamal Kılıçdaroğlu Artvinin Şavşat rayonundan Ardanuç mahalına getdiyi zaman Yanıqlı kəndi yaxınlığında qarşıdurma baş verib. Məlum olmayan şəxslər tərəfindən CHP rəhbərinin konvoyuna atəş açılıb. Bu zaman K. Kılıçdaroğlunun şəxsi təhlükəsizliyini qoruyanlar da atışmaya qarşılıq verib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. K. Kılıçdaroğlu şəxsi təhlükəsizliyini qoruyan əməkdaşları tərəfindən etibarlı bölgəyə alınıb. CHP konvoyunda olanlar arasında yaralananlar olmayıb. Bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb.



Gülşanə Mustafayeva
İnterpress.az