Aram Petrosyan həbs olunacaqbackend

Aram Petrosyan həbs olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rus Mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin xüsusi nümayəndəsi Yuliya İvanova açıqlamasında cinayətin təfərrüatı barədə məlumat verib.

Onun sözlərinə görə, Petrosyan ifadəsində heç kimi öldürmək istəmədiyini, yalnız ictimai diqqəti cəlb eləmək fikrində olduğunu bildirib.
Petrosyan məqsədinin Rusiyada müflis olmuş şirkət və şəxslərə diqqət çəkmək olduğunu deyib. O, biznesmenlər üçün reabilitasiya mərkəzinin yaradılmasını istəyib.

Xatırladaq ki, Petrosyan “Citibank”ın ofisinə basqın edərək 4 nəfəri girov götürərək, polislə danışığında ona televiziya kanalına çıxış verilməsini tələb etmişdi.
“Frans 24” telenakalının məlumatına görə, Petrosyan cinayəti törədərkən içkili olub və bankı partladacağını deyib.

İnterpress.az