Bu barədə Rumıniya Səhiyyə Nazirliyi məlumat yayıb.
“Rəsmi səfər zamanı Akim İrimesku və Əli Saleh Ömərin olduğu avtomobil Yalomitsada qəzaya uğrayıb. Hər iki şəxsin vəziyyəti qənaətbəxşdir. Nazirlər yüngül kəllə-beyin travması alıblar. Həyati təhlükələri yoxdur”, – nazirlikdən bildirilib.
Rumıniya radiosunun məlumatına görə, nazirlərin olduğu avtomobil Sloboziyadan Breiluya doğru hərəkət edən zaman qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşub. Avtomobildə olan tərcüməçi də xəsarət alıb. (musavat)
İnterpress.az