İnterpress.az xəbər verir ki, bu sözləri PKK liderlərindən Murad Qarailan deyib.
Koalisiya qüvvələri, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Cerablusda həyata keçirdiyi əməliyyatla bağlı bəyanat verən Qarailan İŞİD-in heç bir yeri bir gün ərzində tərk etmədiyini və təhlükəli bir müqavilənin qüvvədə olduğunu iddia edib.
O, ABŞ-ın Cerablus əməliyyatına dəstək verməsini də ciddi bir səhv kimi qiymətləndirib.
İnterpress.az