İnterpress.az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış idman kompleksinin anbarında baş verib.
Partlayış zamanı binada 5 nəfər olub. Onlardan biri ölüb, 2 nəfər ağır, daha 2 nəfər isə nisbətən yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Partlayışın səbəbi hələlik məlum deyil.
Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, şəhər administrasiyasında insidentlə əlaqədar böhran mərkəzi yaradılıb.
İnterpress.az