Türkiyədə Çevik Polis İdarəsi partladılıb, 9 nəfər ölüb, 64 nəfər yaralanıbbackend

Türkiyədə Çevik Polis İdarəsi partladılıb, 9 nəfər ölüb, 64 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”Reuters\” məlumat yayıb
***
09.57

Bakı-APA. Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinə silahlı basqın olub.

İdarədə güclü partlayış törədilib. Partlayış nəticəsində bina tamamilə dağılıb. Hələlik hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Hadisə yerinə 12 təcili tibbi yardım maşını, 2 təcili tibbi yardım helikopteri və xilasetmə briqadaları, qonşu rayonlardan hərbçilər və polislər cəlb olunub. Hazırda ərazidə atışma səsləri eşidilir. (apa)

İnterpress.az