Merkelin Çexiya səfərində insident yaşanıbbackend

Merkelin Çexiya səfərində insident yaşanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici KİV xəbər verir ki, Praqada hava limanından şəhər mərkəzinə Merkel və nümayəndə heyətini aparan maşın karvanına maşın daxil olmaq istəyib.

Sürücü Merkeli qoruyan polislərin xəbərdarlığına əhəmiyyət verməyib. Daha sonra isə mühafizə polislərinin ona silahlarını doğrultduğunu görəndə maşını dayandırıb.

Dərhal sürücü polislər tərəfindən nəzarətə alınıb. Onun maşında aparılan axtarış nəticəsində dəyənək, göz yaşardıcı qaz, beton blok və qandal tapılıb.

Sürücü nəzarətə alınarkən, maşında aparılan axtarışda dəyənək, göz yaşı axıdıcı qaz, beton blok və qandal olub.

Hazırda hadisənin araşdırıldığı və istintaqın davam etdiyi bildirilir.

İnterpress.az