Suriya məsələsində Rusiya ilə Türkiyə RAZILAŞMASIbackend

Suriya məsələsində Rusiya ilə Türkiyə RAZILAŞMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi çevrələrin qənaətincə, Türkiyə ordusu Rusiyanın cızdığı qırmızı xətlər çərçivəsində hərbi əməliyyatları aparır. Yəni, bu tezislərdən belə düşünmək olar ki, Türkiyə Moskva ilə razılaşma olmadan Suriyadakı proseslərə birbaşa müdaxilə edə bilməzdi.

Ancaq Kremlin bu güzəştinin daimi olacağını düşünmək sadəlövhlük olardı. Beynəlxalq KİV-lər yazır ki, Moskvanın Ankara Suriya böhranı məsələsində getdiyi güzəşt yalnız müvəqqəti xarakter daşıyır.

Türkiyənin İŞİD-lə paralel, kürd silahlılarına qarşı da mübarizəsi diqqət mərkəzindədir. Qərb siyasi mütəxəssislərinin əksəriyyəti düşünür ki, Türkiyənin hücumu əsas etibarı ilə YPG-yə yönəlib.

Suriya konflikti üzrə ekspert Hünter Mayerin fikrincə, Qaziantepdəki terror hadisəsi Türkiyəni bu addımları atmağa vadar etdi. Eyni zamanda Türkiyənin Suriya ilə sərhəd bölgələri İŞİD terror təşkilatının atəşlərinə məruz qalırdı.

“Buna görə də, Rəcəb Tayyib Ərdoğan təhlükədən qurtulmaq, terrorçuların ərazilərdən təmizlənməsi qərarını verdi. Amma Ərdoğana görə, İŞİD-lə yanaşı, YPG-də terror təşkilatıdır. Türkiyənin cənub sərhədlərində kürd muxtariyyətinin yaradılmaması Türkiyənin başlanğıc hədəflərindən biridir. İŞİD-lə mübarizə isə ehtimal ki, ikinci hədəfdir”,-deyə o şərh edib.

Fransanın “Le Figaro” qəzeti də yazıb ki, Türkiyənin İŞİD-ə qarşı əməliyyatları kürd silahlı dəstələrinə mübarizə üçün zəmin yaratmaq üçündür.

Yaxın Şərq üzrə ekspert Faysal İtani “Foreign Policy” nəşrinə bildirib ki, Türkiyənin müdaxiləsi ekstremist qruplaşmalara qarşı müharibənin gedişatını Vaşinqtonun xeyrinə dəyişəcək.

“Düzdür, Suriyada Ankaranın motivləri Vaşinqtonun xətti ilə tam kəsişmir. Çünki PYD ABŞ-ın müttəfiqidir. Qısa müddətli perspektivdə Türkiyə ilə PYD arasında gərginlik kəskinləşə bilər. İŞİD-ə qarşı mübarizədə isə Türkiyə Vaşinqtona dəstək verir” ekspert belə qeyd edib.(modern)

İnterpress.az