İnterpress.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.
Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 20 m² olan yardımçı tikilinin yanar konstruksiyaları və tikilinin yaxınlığında 600 m² sahədə mazut qarışıq məişət tullantıları yanıb. Yüksək temperaturdan yaxınlıqda sahibi məlum olmayan iki mərtəbəli evin plastik pəncərə çərçivələri əriyib.
İnterpress.az