Vitse-spiker İrəvan terrorçusunun biznes ortağıdırbackend

Vitse-spiker İrəvan terrorçusunun biznes ortağıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın \”Replik.am\” saytı yazıb.
Yazıda bildirilir ki, H. Nağdalyan milyarder hesab olunur.

Vitse-spikerə yaxın olan şəxslərdən biri deyib ki, onun biznes fəaliyyəti uzun illərdir davam edir.
H. Nağdalyanın 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktı törədən qrupun rəhbəri olmuş Nairi Hunanyanla da biznes sahəsində əməkdaşlıq etdiyi üzə çıxıb.

Məlumatda bildirilir ki, H. Nağdalyan və N. Hunanyan 90-cı illərdə birlikdə ətir idxal edərək, satışı ilə məşğul olublar.
Ancaq onların bu əməkdaşlığı uzun müddət davam etməyib. N. Hunanyan bir qrup silahlı dəstə ilə 1999-cu ildə parlamentə daxil olaraq, terror aktı törədib.
Atışma zamanı yaralananlar arasında H. Nağdalyan da olub.

İnterpress.az