“Rusiyanın ən zəngin qadını”-Yelena Baturinabackend

“Rusiyanın ən zəngin qadını”-Yelena Baturina

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci yerdə Moskva şəhərinin keçmiş meri Yuriy Lujkovun həyat yoldaşı Yelena Baturina qərarlaşıb. Onun rəhbərlik etdiyi “Inteco Management” şirkətinin dəyəri 1,1 milyard dollar miqdarında qiymətləndirilir.

Siyahıda 2-ci yerdə olan milyarder Dmitri Rıbolovlevin keçmiş həyat yoldaşı Yelena Rıbolovlevanın sərvəti 600 milyon dollardır.

500 milyon dollarlıq sərvəti ilə “Wildberries” internet mağazasının sahibi Tatyana Bakalçuk 3-cü, 400 milyon dollarlıq sərvətə malik “Proqres-Kapital” investisiya şirkətinin Direktorlar Şurasının üzvü Olqa Belyavtseva 4-cü, 325 milyon dollarla “Sodrujestvo” şirkətinin sahibi Nataliya Lutsenko isə 5-ci yerdədir.

Siyahıya yeni qoşulan digər qadın milyarder Roman Abramoviçin keçmiş həyat yoldaşı İrinadır. O, 300 milyon dollarlıq sərvəti ilə 6-cı pillədədir. 7-ci yerdə Andrey Quryev xeyriyyə fondunun İdarə Heyətinin üzvü Yevgeniya Quryeva, 8-ci yerdə tennisçi Mariya Şarapova, 9-cu yerdə “InfoWatch” şirkətinin baş direktoru Natalya Kasperskaya, 10-cu sırada “Sibir” və “Qlobus” aviaşirkətlərinin əsas sahibi Nataliya Fileva dayanır. (apa)

İnterpress.az