İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfirlərdən 12-si mərkəzi aparata çağırılıb. Onlardan 10-nun yeri dəyişdirilib.
Türkiyənin Azərbaycan, Fransa, İtaliya, Xorvatiya, Panama, Makedoniya, Mozambik, Yeni Zelandiya, Tunis, Bruney, Bosniya-Hersoqovina və Moldovadakı səfirləri mərkəzə çağırılıb.
Məlumata görə, geri çağırılan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun bundan sonra Türkiyənin Xarici İşlər Nazirliyində işləyəcək.
İnterpress.az