Avtomobil oğrusu tutuldubackend

Avtomobil oğrusu tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da və 11-də Bakı şəhər sakinləri Mehman Qasımova və Fərid Vəkilzadəyə məxsus avtomobillərdən səsgücləndirici və kompüter aksesuarları oğurlamaqda, habelə Osman İsmayılova məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar paytaxt sakini Elvin Məmmədov, Quba rayon sakini Bəxtiyar Hüseynov və qardaşı Kazım tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 22-dən 25-dək olan müddətdə daha bir avtomobildən səsgücləndirici və təmir-tikinti alətləri oğurlamaları, iki avtomobildən oğurluğa cəhd göstərmələri, habelə Hikmət Cavadova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib.

İnterpress.az