“Azərbaycanda inqilabi dəyişikliklər olacaq” – Aydın Mirzəzadəbackend

“Azərbaycanda inqilabi dəyişikliklər olacaq” – Aydın Mirzəzadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın fikrincə, bu dəyişikliklər ilk növbədə vətəndaşların hüquqlarını genişləndirəcək, sahibkarlığın güclənməsinə, kənd təsərrüfatının inkişafına, məhsul istehsalının genişlənməsinə səbəb olacaq: “Eyni zamanda iqtisadi sahədə inqilabi dəyişikliklər ediləcək. İndiki konstitusiya ilə vətəndaşın mülkiyyət hüququ toxunulmazdır. Ancaq təəssüflər olsun ki, özəlləşmə dövründə bir sıra şəxslər qanun əsasında böyük torpaq sahələrinə malik oldular. Hazırda isə həmin torpaq sahələrindən istifadə olunmur. Nəzərə alsaq ki, Azərbaycanın əkinə yararlı torpaq sahəsi azdır, bir hissəsi isə sadəcə olaraq, şəxsi mülkiyyətdə olduğuna görə istifadə edilmir, onları yenidən dövriyyəyə çıxarmaq qeyri-mümkündür. İndiki halda isə konstitusiyaya edilən dəyişikliklər torpaq istifadə edilmədikdə məhkəmə yolu ilə hüquqi şəxsdən onu bazar qiymətinə ödəniş edilir və yenidən əlbəttə ki, təsərrüfat dövriyyəsinə buraxılır”.

Deputat qeyd edib ki, ümumən götürdükdə dəyişikliklər cəmiyyətin bugünkü inkişaf səviyyəsi tələblərinə cavab üçündür: “Dəyişikliklər problemlərin çevik həll olunmasına, yeniliklərin cəsarətlə həyatımıza daxil olmasına, iqtisadiyyatın güclənməsinə, ən əsası isə vətəndaşın hüquqlarının möhkəmlənməsinə, digər tərəfdən sosial vəziyyətin yaxşılaşmasına kömək edəcək”. (aznews)

İnterpress.az