İrandan Türkiyənin hücumuna – Reaksiyabackend

İrandan Türkiyənin hücumuna – Reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi “Əl-Cəzirə” telekanalına açıqlamasında bölgə dövlətlərinin terrorizmə qarşı mübarizəsini alqışladıqlarını deyib:

“İran Suriya torpaqlarındakı terrorçu qruplarla mübarizənin beynəlxalq hüququn təməl prinsipi olaraq, o ölkənin hökuməti ilə əməkdaşlıq çərçivəsində, ərazi bütövlüyü və suverenlik haqlarını qoruyaraq həyata keçiriməsinin vacibliyini ifadə edib.

Terrorla mübarizənin beynəlxalq məsuliyyət olduğunu hər dəfə açıqlamışıq. Bölgə ölkələri də bu çərçivədə addım atmalıdır”.

Xatırladaq ki, Türkiyənin Cerablusun İŞİD-dən azad edilməsi üçün başlatdığı “Fərat qalxanı” əməliyyatından az sonra rəsmi Dəməşq bu hücumun razılaşdırılmadığından narazılığını bildirib. Rusiya da Türkiyəni Suriyanın qanuni hökuməti ilə əməliyyatı razılaşdırmağa çağırıb.
Rəsmi Vaşinqton isə Türkiyəni dəstəklədiyini bildirib. (musavat)

İnterpress.az