Bakı Dəmir Yol Vağzalının ətrafındakı mağazalar söküldübackend

Bakı Dəmir Yol Vağzalının ətrafındakı mağazalar söküldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sökülən mağaza sahiblərinə yeni tikilən ticarət mərkəzində yer veriləcəyi deyilsə də, bəzi sahibkarlar sənədlərinin olmamasını əsas gətirərək onlara yer verilməyəcəyindən narahatdırlar.

Yeni ticarət mərkəzini “Azərbaycan Dəmir Yolları” ASC-nin sifarişi əsasında “Bina-Körpü” MMC inşa edir. Ancaq tikintiyə məsul şəxslərdən heç kimlə əlaqə saxlaya bilmədik. Onu dəqiqləşdirə bildik ki, bu vaxta qədər 20-dən çox mağaza sökülüb və bəzi mağaza sahibləri yaxınlıqdakı zirzəmilərdə müvəqqəti olaraq yerləşiblər.

“15-20 gündür ki, mağazalar sökülüb. Söküntü işləri buradakı mağazaların bir-birinə uyğun gəlmədiyinə görə aparılıb. Çünki hərəsi bir boydadır – biri hündür, biri alçaq idi. Yerində böyük ticarət mərkəzi tikiləcək”, – bunu virtualaz.org-a söküntü işlərinin getdiyi ərazidə arabaçı işləyən Eldar adlı şəxs bildirib.

Tikinti meydançasında yeni ticarət mərkəzinin özülünü qazmaqla məşğul olan buldozerçi isə bunları dedi: “Artıq yeni ticarət obyektinin özülü qazılır. Yaxın bir-iki ay ərzində ticarət mərkəzi tikilib təhvil veriləcək. Kimin ki, burada mağazası olub, ona da yəqin ki, yer veriləcək”.

Sökülən mağaza sahiblərindən biri – Rusiya ədviyyatlarının və müalicəvi otların satışı ilə məşğul olan Ravilin sözlərinə görə, mağaza sahiblərindən yalnız 5-6 nəfərin “kupça”sı var idi. Qalanlar həmin yeri icarəyə götürərək istifadə edirdilər.(virtualaz)

Virtualaz.org

İnterpress.az