Biləsuvar Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşını saxlayaraq üzərində şəxsi yoxlama aparıblar.
Bu barədə Modern.az-a məlumat Dövlət Gömrük Komitəsindən (DGK) verilib.
Yoxlama zamanı həmin şəxsin daxili orqanından (mədəsindən) 23 ədəd bükümdə xalis çəkisi 81,876 qram olan narkotik vasitə – heroin, 3 ədəd bükümdə isə xalis çəkisi 5,019 qram olan metamfetamin adlı psixotrop maddə aşkar olunaraq götürülüb.
İnterpress.az