Son dönəmlərdə həm milli səviyyəsində , həm də klublar səviyyəsində zəif təsir bağışlayan Hollandiya geriləməkdə davam edir.
2 pillə itirən narıncılar 15-ci yerdə özünə yer tapıb.
Onun geriləməsinə sevinən tərəf isə Yunanıstan olub. Onlar 14-cü sıraya yüksəliblər.
Digər bir yerdəyişmə İsveçrə ilə Çex Respublikası arasında olub. Bu ikilidən sevinən tərəf çexlər olublar. Onlar 11-ci pilləni ələ keçiriblər.
Bosniya və Hersoqovina ilə Gürcüstanı qabaqlayaraq 37-ci sıraya yüksələn Albaniya da irəliləyənlər arasındadır.
Bu mövsüm üçün indidən 3000 xal toplayan Azərbaycan isə 25-ci mövqeyini qoruyub. Maraq üçün xatırladaq ki, toplanan xallardan 1.375-i Qəbələnin, 0,875-i Qarabağın aktivindədir. Artıq Avropa məcarası bitmiş Neftçi ilə Kəpəz isə hərəyə 0,375 xal toplamağı bacarıb.(cbcsport)
İnterpress.az