Kişi arvadının cəsədini 12 km boyunca çiynində daşıdıbackend

Kişi arvadının cəsədini 12 km boyunca çiynində daşıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda yoxsul kişi arvadının cəsədini öldüyü xəstəxanadan çıxararaq 12 km məsafə boyunca çiynində daşımalı olub.
Xəstəxana cəsədi kəndə aparmaq üçün təcili yardım maşını ilə təmin etmədiyi üçün o, cəsədi özü daşımalı olub.
Dana Majhinin 42 yaşlı arvadı Amang Bhavanipatna şəhərindəki xəstəxanada vərəmdən ölüb. Majhi deyib ki, kəndləri 60 km uzaqda olduğu üçün maşın tutmağa imkanı olmayıb. Xəstəxana ittihamları rədd edir.
\”Qadın çərşənbə axşamı xəstəxanada qəbul edilib və həmin gecə də ölüb. Onun cəsədini əri xəstəxana işçilərinə xəbər vermədən buradan çıxarıb\”, – tibb rəsmisi B. Brahma deyib.
Lakin Majhi bildirib ki, onun arvadı çərşənbə axşamı, gecə saatlarında keçinib və xəstəxana işçilərinin ondan cəsədi aparmasını tələb etdikləri üçün çərşənbə günü cəsədi çıxarmalı olub.
\”Mən xəstəxana işçilərindən xahiş edirdim ki, cəsədi aparmaq üçün avtomobillə təmin etsinlər, lakin heç bir faydası yox idi. Kasıb olduğum üçün şəxsi maşın kirayələyə bilmədim və cəsədi çiynimdə daşımaqdan başqa çarəm qalamdı\”, – o deyir.
Majhinin sözlərinə görə o, çərşənbə günü erkən saatlarda cəsədi parçaya büküb və 12 yaşlı qızı Çaulanın müşayiəti ilə kəndlərinə aparmaq üçün yola çıxıb. O, 12 km ayaqla getdikdən sonra yolda digər insanların müdaxiləsilə təcili yardım maşını gəlib. Kremasiya çərşənbə günü, axşam saatlarında həyata keçirilib.
Bhavanipatna şəhərinin yerləşdiyi Kalahandi rayonunun nəzarətçisi Brunda D. bildirib ki, o, bu barədə eşidən kimi Amangın cəsədini daşımaq üçün nəqliyyat təşkil edib. \”Mən yerli hakimiyyətdən ailəyə Harischandra Yojana (kasıb ailələrə kremasiya üçün pulun verildiyi dövlət proqramı) çərçivəsində 30 dollar ödəməsini istədim\”, – o deyib. (virtualaz.org)

İnterpress.az