Ərini qısqandığı üçün qonşunu bıçaqladı – Şəmkirdəbackend

Ərini qısqandığı üçün qonşunu bıçaqladı – Şəmkirdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd sakinlərinin verdiyi məlumata görə, səbəb Günelin həyat yoldaşını Məleykəyə qısqanmasıdır.

Belə ki, G.Mirzəyeva həyat yoldaşı ilə Məleykənin arasında münasibət olduğunu eşidib. Dünən axşam saatlarında Məleykəni evlərinə çağırıb və orada bıçaqlayıb. Hadisə baş verərkən onlar evdə tək olublar.

Kənd sakinlərinin sözlərinə görə, M.Allahverənova 3-4 aydır ki, həyat yoldaşından boşanıb. Lakin 1-2 il əvvəl onun qayınanası və həyat yoldaşı Məleykənin Günelin həyat yoldaşı Ümidlə münasibətinin olduğunu deyib.

Buna görə də, ailələr arasında mübahisə yaşanıb. Sonradan bu məsələ unudulub. 6 ayın gəlini olan Günel isə onlar arasında münasibətin olduğunu eşidəndən sonra mübahisə olub.

Nəticədə, o bu üsula əl atıb. Hazırda M.Allahverənova Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Onun vəziyyəti orta-ağır dəyərləndirilir.

Hadisəni törətmiş G.Mirzəyeva isə axtarışdadır. O, hadisəni törədəndən sonra qaçıb. (publika.az)

İnterpress.az