İnterpress.az Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata əsasən xəbər verir ki, Masallının Şərəfə kəndində vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 100 m² olan \”ŞƏRƏFƏ\” petrol yanacaqdoldurma məntəqəsinin ofis otağının döşəməsi 4 m² sahədə və bitişik talvarın yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Yanğından yanacaqdoldurma məntəqəsinin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03:44-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az