Milli.Az WPSD Local6-ya istinadən bildirir ki, Meyfild şəhərinin sakini Medison Stivensin dediyinə görə, yerli McDonald`s restoranına yollanaraq özü və bir yaşlı oğlu üçün hamburger alıb.
\”Hamburgeri yeməyə başlayanda onun içindən qurd çıxdı. Şirkətə şikayət etdim, cavab olaraq mənə 10 dollarlıq hədiyyə kartı yolladılar\”, – M.Stivens deyib.
Leysi Co Lovett isə Meyfild şəhərindən 40 km aralıdakı Draffenvil şəhərindəki McDonald`s restoranında burger alıb və yeməyin içindən qurdlar çıxıb.
McDonald`s-ın mətbuat katibi Maykl Lav insidentlərlə bağlı deyib: \”Bu hadisələri araşdırırıq. Problemləri həll etmək üçün müvafiq addımlar atılacaq\”.
İnterpress.azhttps://youtube.com/watch?v=4JLT9HXs2qA