Daşkəsəndə  dam örtüklərini dağıldıbackend

Daşkəsəndə dam örtüklərini dağıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsən Rayon İcra Hakimiyyətindən Report-a verilən məlumata görə, axşam saat 20 radələrindən başlayan və yağış ilə müşahidə olunan güclü külək əsməsi nəticəsində Daşkəsən şəhərində10-dan çox yaşayış və sosial-inzibati binalarının dam örtüyü qismən və tamamilə dağılıb.

Məlumata görə, bir neçə ağac aşıb, elektirik və rabitə xəttləri qırılıb. Avtomobillərin hərəkətində çətinliklər yaranıb. Qasırğa nəticəsində rayona enerjinin verilməsi dayanıb. Yaranmış 4 saatlıq fasilədən sonra elektrik enerjisi geçə saatlarında bərpa olunub. Təbii fəlakət zamanı xəsarət alan olmayıb.

Hazırda təbii fəlakətin vurduğu ziyanın tamamilə aradan qaldırılması üçün tədbirlər görülür.

İcra Hakimiyyətindən bildirilib ki, son illər rayon ərazisində belə güclü külək müşahidə olunmayıb.

İnterpress.az